Haqqımızda

Rəsmi açılışı sentyabrın 22-də olan AMEA-nın “Qonaq Evi” AMEA-ya gələn qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulub. Qonaq evinin təmirində müasir memarlıq elementlərindən istifadə olunub, bütün lazımi əşya və avadanlıqlarla təchiz olunub. Binanın interyerinin tərtibatında mebel və aksessuarlardan geniş istifadə edilib, qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Qonaq evi geniş foye, 11 otaq, gözləmə zalı, mətbəx, qəbul, xidmət və təsərrüfat otaqlarından ibarətdir. Foyedə AMEA-nın institut və təşkilatlarının fotoları yerləşdirilib, qonaq evinin ümumi dizaynında AMEA-nın loqosu və ölkənin milli atributlarından istifadəyə geniş yer verilib. Qonaq evinin otaq fondu müxtəlif ziyarətçi tutumu və kateqoriyalı komfortlu nömrələrdən ibarətdir. Müasir dizaynda və zövqlə tərtib edilmiş hər bir otaq rahat mebel, split-sistem, televizor, soyuducu və Wi-Fi- la təchiz olunub. Həmçinin, hər otaqda iş üçün masa və kreslo mövcüddur. Geniş və işiqlı mətbəxdə qonaqların damaq zövqünə oxşayan geniş çeşiddə milli və xarici təamlar təklif olunur.

Burada qonaqların yüksək səviyyədə qarşılanması, onlara lazımi xidmətlərin və köməkliyin göstərilməsi üçün peşəkar işçi heyəti fəaliyyət göstərir.

AMEA-nın “Qonaq Evi” - gözəl Bakımızın qonaqlarının maraqlı, dolğun və komfortlu istirahəti üçün əvəzedilməz məkandır.